Bulvarda sadə çay “sezon”u başa çatır – FOTOLAR

236877Bakı Bulvarında fəaliyyət göstərən çay evlərinin bəziləri qiymətləri qaldırıb, bəziləri isə sadə çay verməkdən imtina edirlər.

Qaynar.info xəbər verir ki, bu ilin yayından sözügedən ünvanda vətəndaşlara xidməti gücləndirilmişdi. Üstəlik qiymətlərdə də endirim vardı. Yəni, buna qədər Bakı Bulvarındakı çay evlərində sadə çay içmək mümkün deyildi. Müştərilər mütləq çayın yanında nəsə – şokalad, peçenye, mürəbbə sifariş etməliydilər. Bəzi ünvanlarda hətta bunu deyən paytaxt sakinləri də içəri burxaılmırdı. Onlar qiyməti 15 manatdan başlayan dəstgahla razılaşmalıydılar. Ancaq Avropa Oyunları zamanı hər şey qaydasına düşdü. İstənilən şəxs Bulvarda ürəyi istədiyi kafedə oturub 2 manat ödəməklə sadə çay içə bilirdi. Qaydaları pozanlarla bağlı Bakı Bulvar İdarəsinin rəhbərliyinə müraciət yetərli idi ki, məsələ anındaca həllini tapsın. Bəzən hətta zəng etməmiş kafe sahibi müştəriylə anlaşırdı. Çoxları isə “oyunlardan sonra xidmət yenə əvvəlki vəziyyətinə qayıdacaq” deyə düşünürdülər. Di gəl, hər şey yaxşılığa doğru dəyişdi. Bir müddət idi Bulvarda insanlar sadə çay içə bilirdi. İndi isə…

Son günlər isə Milli Parkdakı çay evləri müştərilərin qarşısına əvvəlki şərtlərlə çıxır. Havalar soyuduğu üçün əksəriyyət kafelərin qarşısındakı açıq havada oturmur. İçəri keçmək istəyənlərə isə sadə çay içmək qadağası var. Hətta müştəri az olsa belə yenə razılaşmırlar. Çay evlərinin administratorları heç bir səbəb göstərmədən çayla şokalda, yaxud mürəbbənin sifariş edilməsini tələb edir. Əks halda isə otura bilməzsən.

“Palma” kafesində son günlərə qədər sadə çay içmək mümkün idi. İndi isə mütləq yanında nəsə sifariş etməlisən. Sadə çay sifariş edənlərə ya “yox” deyirlər, ya da “yəqin ki, tez bazar olacaq” deyirlər. Ona görə dəəvvəllər müştəri sarıdan əziyyət çəjməyən “Palma” da şərtlər dəyişəndən sonra adam azlığı gözə dəyir. Eyni hal Bulvardakı “Palma”ya bənzər kafekərin bir neçəsində də yaşanır. Onlar da sadə çayla sifariş qəbul etmirlər. Müştərilərin nazıyla oynayanlar yalnız açıq havada xidmət edən çay evləridiri ki, onlarında mövsümü yaxın günlərdə bitəcək.qaynarimage905492 qaynarimage15988 qaynarimage22104 qaynarimage259792 qaynarimage377734 qaynarimage840855

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR