Dərzi mağaza sahibini təkzib elədi – Tarik Ediz -dən şikayət

12079686_674092006061030_5297436059250862574_nBakı sakini Sevinc Hacıyevanın qafqaznews.org-a şikayəti daxil olub: “ Tezliklə qızımın nişanı olacaq. Ona görə də Tarik Ediz mağazasından 1000 manat dəyərində xüsusi paltar götürdüm. Sonra dərziyə gedib paltarı bədən quruluşuna uyğunlaşdırmaq istədik. Dərzinin atelyesi mağazanın yaxınlığında idi. Paltara baxan dərzi Ramin Ələkbərov  ləkə müəyyən edərək mənə bildirdi. Mən paltarı götürərək mağazaya qayıtdım. Və tələb etdim ki, ya təzəsini verin, ya da pulumu qaytarın. Ancaq satıcılar mənim tələbimi yerinə yetirmədilər. Onlar bildirdi ki, biz ancaq paltarı təmizləməyə göndərə bilərik. Mən onlardan soruşdum ki, korlanmış-zay paltar mənim nəyimə lazımdır?”.
Sevinc Hacıyeva öz istehlakçı hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməyə hazırlaşır.
Məsələ ilə bağlı mağazanın sahibi Ramin ( soyadını demədi ) bizə bildirdi ki, Sevinc Hacıyevanın dedikləri yalandır.
Müxbirimizin “ O sizdən paltar almayıb?” sualına mağazanın sahibi belə cavab verdi: “ Əlbəttə alıb. Ancaq satışdan sonra yoxlama keçiririk. Biz heç vaxt müştəriyə hər hansı bir problemi olan paltar satmarıq. O paltarı alıb öz ölçülərinə uyğunlaşdırmaq üçün dərziyə apardı. Bunu dərzinin özü də mənə dedi. Biz belə paltarı geri götürmürük”.
Biz dərzi Ramin Ələkbərovu da taparaq onun fikirlərini öyrəndik: “ Sevinc Hacıyeva həqiqətən də Tarik Ediz mağazasından aldığı paltarı mənim yanıma gətirdi. Mən paltara toxunmadım, sadəcə ləkəni görüb paltarı Sevinc Hacıyevaya qaytardım”.

R.Həsənoğlu

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR