İqtisadçı Azər Mehdiyev: “Ölkədə dərman qıtlığı yaranıb”

6981CD73-A409-420D-8CF6-9F294E4267A9_w640_r1_sTarif Şurasının növbəti iclası keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
Tarif (qiymət) Şurasının 2015-ci il 28 oktyabr tarixində keçirilmiş növbəti iclasında daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib. Ümumilikdə, indiyədək Şura tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunlardan 1151 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.
Qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabr tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.
Beləliklə, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50%-nin qiyməti 2 dəfədən çox, 26%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilkdə 96%-nin qiymətləri endirilib.
Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın Qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.
Mövzu ilə bağlı iqtisadçı Azər Mehdiyevə müraciət etdik. O, qafqaznews.org-a bildirdi ki,Tarif Şurası ikinci dəfədir ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı qərar qəbul edir: “ Azərbaycan bu məsələdə digər dövlətlərin tətbiq etdiyi mexanizmlərdən istifadə edir. Bu isə bazarı ucuz, amma keyfiyyətsiz dərmanla doldurur. Ona görə də bir çox dərmanlar yoxa çıxdı. Amma proses hələ təzə başlayıb, mexanizmlərin effektli olub-olmadığını indidən demək çətindir”.

Sənan Məmmədli

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR