“İstəyirik ki, Sofiyada bizi sevindirən nəticə qazanaq” – Robert Prosineçki

236665“Bütün komanda oyuna ciddi hazırlaşıb. İstəyirik ki, yaxşı oyun sərgiləyək və bizi sevindirən nəticə qazanaq. Bolqarıstanın Xorvatiya ilə oyununu izləmişəm. Bilirəm ki, sürətli futbolçuları var. Xüsusən də, gənc futbolçular müdafiədən hücuma sürətlə keçirlər. Hücumda çoxalmağı bacarırlar. Əlimizdən gələni edəcik ki, Sofiyadan yaxşı nəticəylə qayıdaq”.
Fanat.az xəbər verir ki, bu sözləri bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanın qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
Sofiyada mətbuat konfransı keçirən xorvat mütəxəssis oyunla bağlı danışıb. Prosineçki start heyətini bir gün əvvəldən açıqlayıb: “Son oyunla müqayisə heyətdə üç dəyişiklik olacaq: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Dmitri Nazarov, Ruslan Qurbanov, Elnur Cəfərov. Amma bütün kartları açmaq fikrində deyiləm”.
“Rəqibin baş məşqçisi İvaylo Petevin karyerası üçün sabah vacib oyundu. Artıq xorvatlar bizimlə oyundan sonra Kovaçı yola salıblar. Necə düşünürsüz, eyni aqibət onu da gözləyə bilərmi” sualına Prosineçki belə cavab verib: “Bu cür düşünmək mənim mentalitetimə ziddi. Heç bir məşqçini işindən ayrılmasını arzulamıram. Futbolda hər bir nəticə var. Mən də o prinsiplə yanaşıram. Amma kiminsə istefası üçün qələbə qazanmağı arzulamıram. Ümid edirəm ki, Petev sabahkı nəticədən asılı olmayaraq işinə davam edəcək. Onun böyük dəyişikliklər üçün elə də çox vaxtı olmadı. Sabah biz qələbə qazanaq, daha sonra Petev komandasını dünya çempionatının seçmə mərhələsinə hazırlasın”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR