Kriştiano Ronaldo “Qızıl buts”u qazanıb, rekorda imza atdı

7487f99065375ffedc04a092672430dbBu gün “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldoya “Qızıl buts” mükafatı təqdim edilib. Bu barədə İspaniya La Liqasının rəsmi saytı xəbər yayıb.2014/2015 mövsümünün ən yaxşı bombardiri olan (35 oyunda 48 qol) Ronaldo 4-cü dəfə bu mükafata sahib çıxıb. Portuqaliyalı 2008, 2011 və 2014-cü illərdə “Qızıl buts”u qazanıb.

Ronaldo 1968-ci ildən bəri UEFA-ya daxil olan ölkələrin milli çempionatlarının ən yaxşı bombardirinə verilən mükafatın tarixində rekordçu olub. İndiyə qədər heç bir futbolçu karyerası ərzində 4 dəfə “Qızıl buts” mükafatını əldə etməmişdi.

Ronaldo mükafatın təqdim olunması mərasimində – “Dördüncü dəfə “Qızıl buts”u qazanmaq mənim üçün böyük şərəfdi” deyib.7487f99065375ffedc04a092672430db 82a685492a558a325ed7d1fcea107d1a

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR