“Nou Kamp”da İsrafilovun ünvanına “rədd ol burdan” şüarı

2“İsrafilov kobud səhv etdi”.

Rusiya KİV-i İspaniya La-liqasının doqquzuncu mərhələsinin “Barselona” və “Eybar” (3:1) arasında keçirilən matçı barədə şərh edərkən, qonaqların komandası tərkibində meydana çıxan futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilova da toxunub.

“Birdən-birə şüar səsləndirməyə başladılar. Şüar ikinci taymı meydanda olan – yeri gəlmişkən bu, “Eybar”da ən uzun oyun müddəti olan, Azərbaycan yığmasının futbolçusu, “Eybar”ın İspaniyada ingilis-Azərbaycan ailəsində dünyaya gələn havbeki Eddi İsrafilova ünvanlanmışdı.

İsrafilov Busketsə qarşı kobud qayda pozuntusuna yol verdi, bundan sonra stadion uzun müddət onun ünvanına “rədd ol” şüarını səsləndirdi”, “SE” portalı yazır, Oxu.Az xəbər verirr.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR