Qohumunun evini yaran şəxs: “Şadlıq evinə borcum qalmışdı” (VİDEO)

img1914666Bakının Binəqədi rayonunda Niyaz Fərəməzov dostları ilə birlikdə əlbir olaraq oğurluq ediblər
Bakı sakini 24 yaşlı Niyaz Murad oğlu Fərəməzov toydan sonra borclarını qaytarmaq üçün pul tapa bilmədikdə oğurluq etmək qərarına gəlib. O, tanışları – şəhər sakinləri Namiq Pirverdiyev və Simran İlyasovla görüşərək oğurluq etmək fikrində olduğunu bildirib və bu işdə onlardan kömək istəyib. Beləliklə, oktyabrın 5-də Niyaz Fərəməzov adıçəkilən şəxslərlə əlbir olaraq yaxın qohumu Fərqanə İbrahimovanın evindən qızıl əşyaları oğurlayıb.
Qız qaçırdıb özünə toy edən Niyaz Fərəməzov toy borclarını da ödəyə bilmədiyi üçün bu yola əl atdığını bildirib.
Niyaz Fərəməzov – saxlanılan şəxs: “Oktyabrın 1-i özümə toy elədim, qonaqlarımın çoxu gəlməmişdi deyə şadlıq evinə borclu qalmışdım. Toydan əvvəl də xeyli borc götürmüşdüm. Borc elədiyim adamlar çox sıxışdırdılar məni, kimə ağız açdım kömək eləmədi, mən də məcbur olub bu yola ət atdım. Dedim, girim evə, nə tapsam götürüm, borcumu ödəyim, sonra deyərəm ki, mən eləmişəm”.
Binəqədi polisi N.Fərəməzovu və cinayət yoldaşlarını saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı araşdırma aparılır. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR