Qorxmaz Hüseynovun “Azərsu vadisi” – Eldar Mahmudovla bir milyonluq sövdələşmə

1446180546_0001«AZƏRSU» ASC-nin sədri Qorxmaz Hüseynov haqqında mətbu orqanlarda dəfələrlə tənqidi yazılar getməsinə baxmayaraq və eyni zamanda rəhbərlik etdiyi böyük bir təşkilatda saysız-hesabsız qanun pozuntuları davam edir.Cumhuriyyet.az olaraq bu yazımızda isə «AZƏRSU» ASC ilə bağlı daha qaranlıq mövzulara toxunacağıq.
Nizaməddin Rzayevin yenidən «AZƏRSU» ASC-ya gətirməkdə məqsəd
Ölkə başçısı İlham Əliyevin məlum sərəncamı ilə 14 fevral 2011-ci ildə işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilən Nizaməddin Rzayevin yerinə, Prezidentin 16 fevral 2011-ci il tarixli sərəncamı ilə Qorxmaz Hüseynov təyin olunur.
Məlum məsələdir ki, Dövlət başçısı kimisə nöqsanlarına görə işdən azad edirsə, deməli, həmin şəxs o işə layiq deyil. Lakin buna baxmayaraq, Q.Hüseynov bir neçə ay əvvəl Prezidentin sərəncamına qarşı çıxaraq, Nizaməddin Rzayevi «AZƏRSU» ASC-də sədrin I müavini Teyyub Cabbarova müşavir təyin edib. Maraqlıdır ki, Teyyub Cabbarov nə qədər ağır və mühüm bir dövlət əhəmiyyətli vəzifə icra edir ki, hələ ona müşavir də verilir. Nəisə…
Fətullah Gülənlə isti əlaqələr
Araşdırmalar zamanı cumhuriyyet.az olaraq daha bir ciddi faktla rastlaşdıq. Bizə məlum oldu ki, 2012-2013-cü illərdə Qorxmaz Hüseynov dəfələrlə Türkiyə Cümhuriyyətində fövqəladə dəvətlərdə olmuşdur. Hətta ilk dəfə dəvət alanda, o, «Lotos» şirkətinə məxsus xüsusi təyyarə ilə Nurçu şəbəkəsinin rəhbəri ilə getmişdir. Türkiyədə Nurçuların toplantısından xüsusi tapşırıq alan Q.Hüseynov, Azərbaycana qayıdan kimi Nurçulardan ibarət mühəndis, texniki işçilər şəbəkəsi yaratmışdır. «AZƏRSU»-da yaranan bu qurumun gələcəkdə Azərbaycana hansı dəhşətli faciələrə səbəb olacağı, seçkidən sonra Türkiyənin preidenti R.T.Ərdoğanın Azərbaycana ilk səfəri zamanı məlum oldu. Ərdoğanın səfəri zamanı Nurçular haqqında siyahısında Q.Hüseynovun və şəbəkəsinin də adı varmış.
O zaman sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudov Qorxmaz Hüseynovu nazirliyə çağırmış və aralarında bir milyon dollar civarında sövdələşəndən sonra dostlaşıblarmış.
Qorxmaz Hüseynov kimə güvənir?
Yuxarı dairələrdən cumhuriyyet.az-in əldə etdiyi məlumata görə Qorxmaz Hüseynovun «Xaç atası»da varmış. Kimdir bu «Xaç atası»? Böyük bir ASC-yə rəhbərlik edən şəxsin «Xaç atası» yəqin ki, böyük yerlərdə oturur ki, Qorxmaz Hüseynov öz adına oxşar hərəkətlər edir. Bütün bunlardan belə qənaətə gəlmək olur ki, Qorxmaz Hüseynov dəfələrlə ölkə rəhbərliyinə xəyanət edib. Belə çıxır ki, Q.Hüseynovun «Xaç atası» da ölkə başçısına məhəl qoymur.
Növbəti yazımızda…
2011-2015-ci illərdə «AZƏRSU»-ya ayrılmış təxminən 3,5 milyard vəsaitin kimə, hara və necə xərcləndiyi barədə, arxalandığı «Xaç atası»nın kimliyi və fəaliyyəti və Q.Hüseynovun yaxın dostu, sirdaşı, xəzinədarı, həmçinin «Xaç atası»na pul daşıyan haqqında növbəti sayımızda tanış ola bilərsiniz…

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR