Rauf İsmayılov hansı yüksək rütbəli məmurun oğludur?

12083782_1644924582434079_965713898_n (1)Qafqaznews.az-ın redaksiyasına polis əməkdaşı Rauf İsmayılovla bağlı ilginc məlumatlar daxil olub. Məlumatdan bəlli olur ki, Bakı qarnizonunun rayon polis idarəsinin polis bölmələrinin birində serjant rütbəsində xidmət edən Rauf İsmayılov yüksək rütbəli məmurun oğludur. Məlumatda xüsusi qeyd olunur ki, Rauf İsmayılovun atası nazirlərdən biri ilə qohumdur. Bu qohumluq Rauf İsmayılovun atasını tez bir vaxtda yüksək rütbəli məmur edib. Eyni zamanda bu qohumluğa görə, işində buraxdığı ciddi nöqsanlara baxmayaraq Rauf İsmayılovun atası hələ də DİO-da xidmət edir.Digər tərəfdən Rauf İsmayılov polis serjantı olmasına baxmayaraq dostları ilə polis əməkdaşı haqqında cəmiyyətdə qəbul olunan normalara uyğun olmayan fotolar çəkdirərək sosial şəbəkələrdə paylaşır. Məlumat üçün bildirək ki, apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Rauf İsmayılov DİN-in Polis Akademiyasının 1-ci kurs tələbəsidir. Araşdırmamız davam edir, bizi izləyin. Gələn yazımızda Rauf İsmayılovun atasının Bakı şəhərində hansı polis idarəsinin yüksək rütbəli zabiti olduğuna aydınlıq gətirəcəyik.

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR