Ronaldo: “Di Stafono və Raulu keçəcəyimi düşünmürdüm”

img1908341“Real” futbolçusu Kriştiano Ronaldonu mükafatlandırıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi klub tarixinin bombardirinin şərəfinə mərasim tərk edib. Mərasimə “Real”ın prezidenti Florentino Peres, baş məşqçisi Rafael Benites və futbolçlar qatılıb.
Mərasimdə klub prezidenti Ronaldoya mükafat təqdim edib.
K.Ronaldo tədbirdə bunları deyib:
“Bu formanı  geyindiyim zaman heç vaxt klubun bombardiri olacağım ağlıma gəlməzdi. Mərhum Di Stefanonu, eləcə də Raulu keçəcəyimi düşünmürdüm. Komanda yoldaşlarım olmasaydı, bu uğuru qazanmazdım. “Real”da mənimlə işləyən baş məşqçilər Manuel Pelleqrini, Joze Mourinyo, Karlo Ançelotti və Rafael Benitesə təşəkkür edirəm”.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Malmö”yə qarşı matçda dubla imza ataraq “Real”da vurduğu qolların sayını 324-ə yüksəldən K.Ronaldo R.Qonsalesi keçib və klubun bombardiri olub.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR