Şəkidə məzarları təhqir edənlər tutuldu

72b227ae7bd6977fbd2c359e1edc841aKənd qəbiristanlığında qəbirlərin üzərində təhqiredici hərəkətlər edilməsi, oradan oğurluğa cəhd göstərilməsi barədə Şəki polisinə müraciət daxil olub

Şəkidə qəbiristanlıqda qəbirlərin üzərində təhqiredici hərəkətlər edən rayon sakinləri həbs edilib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 15-i rayonun Baş Göynük kənd qəbiristanlığında qəbirlərin üzərində təhqiredici hərəkətlər edilməsi, üzərində ərəbcə yazı olan qədimi qəbirin dağıltmaqla  və oradan oğurluğa cəhd göstərilməsi barədə Şəki ŞRPŞ-ə müraciət daxil olub.

 

Müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin Baş Göynük kənd sakinləri 1956-cı il təvəllüdlü, Məmməd Həmid oğlu İsmayılov və 1972-ci il təvəllüdlü  Çingiz Abdulrəhman oğlu Abdulrəhmanovun olduğu müəyyən edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR