Şirələrdən ifrat istifadə qaraciyər xəstəliklərinə gətirir

img1914203Bütün meyvə şirələrinin faydalı olması haqda fikirlər yanlışdır.
Musavat.com-un məlumatına görə, belə bir qənaətə geniş miqyaslı araşdırmalar nəticəsində İsrail alimləri gəlib.
Alimlərin fikrincə, hətta bir çox şirələr şirin qazlı sulardan da ziyanlıdır və yağlı hepatoz xəstəliyinin (qaraciyərin yağlı xəstəliyi) inkişaf riskini artırır. Onların sözlərinə görə, gün ərzində hətta bir litrdən artıq təzə meyvə şirəsi içmək xəstəlik riskini 5 dəfə artırır. Həmçinin, şəkərli diabet və ürək-damar xəstəlikləri təhlükəsi artmış olur.
Alimlərə görə, gündə 1 stəkan şirə və təzə meyvələrdən istifadə təhlükəsiz sayıla bilər.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR