Süleyman Mikayılovun “Venesiyası”nda bir gün… – FOTOLAR

1444999719_0001Qaradağ rayonunun Sahil qəsəbəsi su altında qalıb.

TİA.AZ-ın məlumatına görə, bu gün Bakıya azca yağan yağış qəsəbəni Venesiyaya çevirib. Sakinlər qəsəbənin Noterdan küçəsində hazırkı real vəziyyəti əks etdirən mənzərənin fotolarını yayıblar.

Sahil camaatı küçələrin su altında qalmasınının günahını rayon rəhbərliyində görüblər. Onların sözlərinə görə, Qaradağın icra başçısı Süleyman Mikayılovun yarıtmaz idarəçiliyi nəticəsində qəsəbə yolları acınacaqlı vəziyyətə düşüb.

Sahilin yolları elə bir çala-çuxur, kələ-kötür vəziyyətə salınıb ki, yerə yağış dəyər-dəyməz bərbad hala düşür. İcra başçısından narazılıq edən sakinlər bildiriblər ki, təyin olunduğu vaxtdan S.Mikayılov əhali üçün heç bir problem həll etməyib. Sakinlər bildirirlər ki, Noterdan küçəsində hər yağış yağanda yollar fəlakətli vəziyyətə düşür.

DİA.AZ olaraq S.Mikayılovun viran qoyduğu Sahildən, yəni Venesiyaya çevrilən qəsəbədən fotoları təqdim edirik: 1444999746_04 1444999683_03 1444999694_02 1444999746_01

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR