Ziya Məmmədovun nəqliyyat sistemindəki qohumları – adlar…

frefefe5Nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın çevrəsinə daxil olan şəxslərin nəqliyyat sistemində tutduqları vəzifələrdən uzaqlaşdırılaraq istintaqa cəlb olunması, hətta oğlu Anar Məmmədovun da istintaqçıların sorğu-sualından ən son anda yayınaraq ölkədən getməsi xəbəri var

Qaynağımız bildirib ki, Z.Məmmədov 13 illik nazirliyi dövründə Nəqliyyat Nazirliyini podratçı şirkət kimi idarə edib, şəxsi maraqlarına tabe etdirib.
 Hazırda nazirlikdə, nazirliyə tabe MMC və qurumlarda yoxlamalar gedir.
Yük, yoxsa pul daşıma?
Nəqliyyat Nazirliyi  ölkə daxilində yükdaşımalarına nəzarət etməklə hər il yüz milyonlarla manat gəlir əldə edir.  Bu səhənin qeyri-rəsmi kuratoru nazirin qardaşı İmran Məmmədovun oğlu Rövşən Məmmədovdur. MMC-nin rəisi Elnur  Məmmədovdur.  Bu şəxsin soyadı nəqliyyat nazirinin soyadı ilə üst-üstə düşsə də, qohumluq əlaqələri yoxdur. E.Məmmədov digər bir nazirin qohumudur. Onunla nəqliyyat nazirinin yaxınlarının münasibətləri çox gərgindir.
Redaksiyamıza daxil olan məlumatda deyilir ki, E.Məmmədov  nazirin qardaşı oğlu R.Məmmədovla hesablaşmır, onunla gəlirlərin bölüşdürülməsinə razılaşmır. Bu baxımdan yük daşımalarından əldə olunan gəlirlərin – söhbət “qara puldan” gedir – tam olaraq nazirin yaxınlarına axını baş tutmur. Buna görə də yük daşımalarından 30 faizlik payla kifayətlənməli olurlar.
Yol-körpü-tikinti sahəsi bir qədər əvvələ qədər Nəqliyyat Nazirliyinə tabe olan “Azəryolservis”də olub. Qurumun sədrinin nazirlə münasibətləri pis olmasa da, gəlirlər məsələsində aralarında narazılıqlar olub. Hazırda isə bu sahə də nəqliyyat nazirinin nəzarətindən çıxarılıb.
Yoxlamalarla müəyyən olunub ki, sərnişindaşıma və taksi fəaliyyətindən əldə olunan pulların yarısı Məmmədovlara çatıb.12063977_460518677466830_1268146369_n
Qaynağımız yoxlamaların dərinliklərə qədər gedib çıxmasında Z.Məmmədovun yaxın çevrəsində olan şəxslərin xüsusi canfəşanlığının olduğunu da deyib. Bildirib ki, nəqliyyat nazirinin xaricdə gizlətdiyi sərvətləri siyahısını ortalığa bir il əvvəl münasibətləri korlanan biznes şəriki, “Hafka” kimi tanınan Hafiz Məmmədov qoyub.
Mənbənin sözlərinə görə, Z.Məmmədov istintaqa cəlb edildiyi halda qandallanacaq ilk şəxslərdən biri də müavini Arif Əsgərov olacaq.
Qeyd edək ki, A.Əsgərov hazırda tutduğu posta bu ilin fevralında təyinat alıb. Onun buna qədər tutduğu posta – “Azərbaycan Dəmir Yolları” QSC-yə “Azəryolservis”in sədri Cavid Qurbanov göndərilib. Təhvil-təslim zamanı böyük yeyintilər müəyyən olunaraq rəsmiləşdirilib. Həmin sənədlərin hazırda aparılan yoxlamalara əlavə olunduğu da bildilir.
Nəqliyyat Nazirliyinə tabe olan “Bakı Sərnişin Nəqliyyat” MMC-də aylıq dövriyyənin on milyonlarla manat olduğu, bir o qədər də vəsaitin mənimsənildiyi barədə də məlumat var. Qeyd olunur ki, MMC-nin rəisi Rövşən Loğman oğlu Məmmədov olub. Z.Məmmədovun qardaşı oğlu olan R.Məmmədov nəqliyyat sektorunun pul yığanıdır. Vaxtilə gömrükdə çalışıb, oradan qovulub. Onun növbəti iş yeri əmisinin tabeçiliyində olan Avtovağzal oub. Orada pul mənbələrini öyrənib. “Transgeyt”dəki vəziyyəti ələ alıb. Sonradan Dövlət Avtonəqliyyat Müəssisəsinə rəis müavini təyin olunub. İşlədiyi müddətdə ixtisaslı kadrları aşkarlayıb və sıradan çıxarıb.
Z.Məmmədov məzuniyyətə göndərilənə qədər “Transqeyt”, Avtovağzal və yükdaşımalardan gəlirlər onun əlində cəm olunub və sonradan Z.Məmmədova ötürülüb.9e5f50b3bd91
Az əvvəl tutduğu postdan uzaqlaşdırılan “Bakısərnişinnəqliyyat” MMC-nin direktor müavini Davud Əfəndiyev də nəqliyyat nazirinə yad şəxs deyil. Nazirin bacısı oğlu olan D.Əfəndiyev də vaxtilə gömrükdə işləyib, o da oradan qovulub. İşdən çıxarılmasına baxmayaraq bu gün də qeyri-leqal olaraq Beynəlxalq Avtovağzal Kompleksində oturması haqda məlumat var. Bu ilin sentyabrında kompleksə rəhbər təyin olunan Seymur Aslanovun da nəqliyyat nazirinin kadrı olduğu bildirlir. Kompleksin hazırda faktiki olaraq Davud Əfəndiyev tərəfindən idarə edildiyi qeyd olunur.12083829_460518577466840_32019946_n
Nəqliyyat Nazirliyinə tabe olan ən gəlirli sahələrdən biri kimi Dövlət Avtomobil Nəqliyyatı Xidməti(DANX) hesab olunur. Bu posta öz adamını təyin etdirmək üçün daim klanlararası gərgin mübarizə gedir. Bu il avqustun 3-də Ziya Məmmədov  “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”(NİİM) MMC-nin baş direktoru Elnur Nazim oğlu Abdullayevi tutduğu postdan azad edərək DANX-a rəis təyin edib. Bu postun rəisinin aylıq gəlirinin 50 min manata yaxın olduğu bildirilir. Qeyd olunur ki, bu xidmət vasitəsi ilə hər ay milyonlar toplanır.
Baki beynelxalq avtovagzal_0Nəqliyyat Nazirliyinin Lisenziyalaşdırma və Fərqlənmə Nişanlarının Rəsmiləşdirilməsi şöbəsinin rəisi Məzahir Məmmədov Ziya Məmmədovun əmisi oğludur. Nəqliyat sisteminə bələd olanlar onu sözün düzünü deyən, spirtli içkilərə meylli biri kimi xarakterizə edirlər. Vaxtilə TİR sürücüsü olmuş M.Məmmədov nazir olan əmisi oğluna “ətrafın başını yeyəcək” deməsi ilə yaddaşlarda qalıb.  M.Məmmədovun müavini Vətən adlı şəxs nazirin əmisi qızının oğludur.
Sonuncu iş yeri DANX-ın kadrlar şöbəsinin rəisi olmuş nazirin qardaşı Nəriman Məmmədovun da qaranlıq keçmişi var. Onun əvvəllər həbsdə olduğu deyilir. Bildirilir ki, Ziya Məmmədovla “ADY” QSC-də çalışıb. Orada iqtisadiyyat və mühasibat şöbəsinin rəisi olub.
“Azəryolservis”də ağır tonnajlı, iri qabaritli avtomaşınlara nəzarət idarəsində rəis vəzifəsində çalışıb.  Bu idarə ən müxtəlif bəhanələrlə ağır tonnajlı nəqliyyat vasitələrinin sahibləri olan fiziki və hüquqi şəxsləri 4-7 min manat  cərimələməklə pul yığılması ilə ad çıxarıb. Respublika ərazisində işlədiləm yük maşınlarına nəzarət etməklə çox böyük para qazanılıb. Həm də bu pulların alınması çox kobudluqlarla müşayiət olunub, böyük narazılıq yaradıb. Odur ki, idarə Nəqliyyat Nazirliyindən alınaraq DYP-yə verilib. N.Məmmədov idarəni təhvil verərkən 7 milyona yaxın vəsaitin mənimsənildiyi  bildirilir. Son aylarda Qusardakı xoşagəlməz olayla adı gündəmə gələn N.Məmmədovun hazırda nitqində problemlər var, o,  danışmağa çətinlik çəkir.
“Bakısərnişinnəqliyyat” MMC-nin kadrlar idarəsinin rəisi Məlikağa Səfərovun da nəqliyyat naziri ilə qohumluq bağları var. O, nazirin xalası oğludur. Vaxtilə İmişlinin keçmiş polis rəisi olub,  təqaüddə olan polis polkovnikidir. Onun oğlu Anar Səfərov  DANX-ın Sumqayıt 2 saylı regional xidmətinin rəisidır.
Bakıdan rayonlara istiqamətlənən yollarda quraşdırlılan və yük maşınlarının tonnajının çəkilməsi üçün nəzərdə tutulan tərəzilər də qohumluq prinsiplərinə söykənərək işlədilir. Məsələn Salyan tərəzi postunun rəhbəri Anar adlı şəxs Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun  baldızı oğludur. Ucar və Göyçay DANX-ın regional şöbəsinin rəisi Vüqar adlı şəxsi də Məmmədovlara qohumluq telləri bağlayır. Tərəzilərə nəzarət idarəsinin rəisi nəqliyyat nazirinin dayısı nəvəsi Azərdir. Hərbçidir, polkovnikdir. Yaxın qohumu İslam “Bakısərnişinnəqliyyatı” MMC-də nəzarət şöbəsnin rəisidir. Aylıq gəlirinin 30 min manatı aşdığı deyilir.
Bu Nəqliyyat Nazirliyi sistemində çalışan nazir Ziya Məmmədovun yaxınlarının tam siyahısı deyil. Yaxın saylarımızda redaksiyamıza daxil olan digər məlumatları da dərc edəcəyik. (musavat.com)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR