Əmlak reyestri istifadəçilərə açıq deyil..? VİDEO,FOTO

Bezy-myanny-j-copy895 noyabrda qafqaznews.org saytı “Bakı Rabitə Kollecinin ərazisi qanunsuz özəlləşdirilib” başlıqlı məqalə dərc edib. Məqalədə qeyd olunur ki, kollecdə müəllim işləyən Xəlil Süleymanov Təhsil Nazirliyindəki bir qrup məmurla əlbir olaraq kollecin ərazisindən 20 sot torpağı özəlləşdirərək həmin ərazidə kafe və Mobil-1 adlı avtoservis açıb.Kadr-Rabite-tam-versiya-00-00-0011-300x240
10 noyabrda Xəlil Süleymanovla əlaqə saxladıq. O, qafqaznews.org-a bildirdi ki, həmin ərazi ona məxsusdur: “ Həmin ərazinin kollecə heç bir aidiyyəti yoxdur.
Süleymanovun sözlərinə görə, onun özəlləşdirdiyi ərazi yanğınsöndürmə stansiyası ilə kollecin arasında yerləşir: “ Özəlləşdirdiyim sahə Alatavaya gedən yolun bir hissəsidir”.
Mövzu ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət etdik.
bdrnk11Komitənin əməkdaşı Rizvan ( soyadını demədi ) bizə bildirdi ki, kimin hansı əmlaka sahib olması ilə bağlı bizdə informasiya yoxdur.
Müxbirimizin “ Axı, sizdə məlumatlar bazası var” fikrinə Rizvanın cavabı belə oldu: “ Bizdə belə baza yoxdur. Özəl əmlakla bağlı məlumatlar bizim arxivdədir”.Kadr-Rabite-tam-versiya-00-06-01-300x2401-300x240
Rizvan arxivin nömrəsini bizə verməkdən imtina edərək, Komitənin Yasamal şöbəsinə müraciət etməyi məsləhət bildi.
Biz Komitənin Yasamal üzrə kuratoru Həmid Həmidovla danışdıq. O , bizə bildirdi ki, mən sizin suallarınıza cavab verə bilmərəm, Komitəyə müraciət edin, orada arxiv var”.
Həmidov onu da bildirdi ki, arxivə daxil olmaq üçün xüsusi göstəriş olmalıdır.
Məsələ ilə bağlı iqtisadçı Azər Mehdiyev bizə bildirdi ki, Azərbaycandan başqa bütün ölkələrdə əmlak sahibləri ilə bağlı informasiya açıqdır və kim istəsə maraqlana bilər: “ Təəssüf ki, Azərbaycanda belə deyil. azikk-300x200Hansıki əmlak reyestrinin açıq olması bazar iqtisadiyyatının tələbidir. Bu informasiyanın qapalı olması dələduzlara sərfəlidir, saxta sənədlərin ortaya çıxmasına şərait yaradır. Deməli dövlət özü dələduzluğu stimullaşdırır”.
Sözardı: Qafqaznews.org-a müsahibəsində Yasamal bələdiyyəsinin vergi şöbəsinin müdiri Rəşid Məmmədov bildirb ki, Kollecin ərazisində “profilaktoriya “yaradılıb və sonradan özəlləşdirilib. Məmmədov onu da bildirib ki, həmin ərazinin özəlləşdirilməsi ancaq Təhsil Nazirliyinin icazəsi ilə ola bilərdi.

Rəşad Rüstəmov

Qafqaznews.org


  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR