“Nazirliyin açıqlaması həqiqətə uyğun deyil”

1434628088383976403_1000x6691“Minimum əmək haqqının məbləği son 10 ildə 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı isə 5,5 dəfə artıb”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev müsahibəsində deyib.
Bu ilin 9 ayında da bu artım dinamikası davam edib və ölkəmizdə orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 461,1 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksəkdir. Bu gün Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə MDB məkanında ön sırada dayanan bir neçə ölkədən biridir.
Həqiqətənmi, Azərbaycan orta aylıq əmək haqqına görə MDB-də lider ölkədir..?316ce6981CD73-A409-420D-8CF6-9F294E4267A9_w640_r1_s
Mövzu ilə bağlı tanınmış iqtisadıçı Azər Mehdiyev qafqaznews.org-a aşağıdakıları söylədi: “ Bu məlumat Statistika Komitəsinindir və bütün işçilərə deyil, muzdlu işçilərə aiddir. Bu gün ölkəmizdə 4, 5 milyon əhali məşğul əhali hesab edilir. Bunlardan 1, 5 milyonu muzdlu işçidir. Statistika Komitəsinin məlumatı ancaq muzdlu işçilərə aiddir. Nəzərə almalıyıq ki, neft sferasında əmək haqqı yüksəkdir. Ancaq təhsil və səhiyyə sahəsində əmək haqqı çox aşağıdır. Ona görə də orta aylıq əmək haqqı həqiqəti əks etdirmir”.

Sənan Məmmədli

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR