Ramil Usubov deputat oğluna yeni vəzifə verdi

116338_res_01Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini təyin edilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Elşad Məmmədov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərov tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edilib.

Onu da xatırladaq ki. Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.(APA)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR