Valideynlər öz uşaqlarını təmin edə bilmir

10531Sovet dövründə övladlarını normal təmin edə bilməyənlər valideynlik hüququndan məhrum edilir və uşaqlar uşaq evlərinə verilirdi.
Bu gün isə Azərbaycanda valideynlər özləri uşaqlarını uşaq evlərinə düzəltmək istəyir.
Hökümət isə bununla mübarizə aparır.
Məsələ ilə bağlı 28 noyabrda Təhsil Nazirliyindən bildirilib ki, 2015-ci ildə 12 nəfər uşağın dövlət uşaq müəssisəsinə düşməsinin qarşısı alınıb. Naziliyin açıqlamasından o da bəlli olub ki, 2010-cu ildə 9 nəfər, 2011-ci ildə 14 nəfər, 2012-ci ildə 23 nəfər, 2013-cü ildə 34 nəfər, 2014-cü ildə 15 nəfər, 2015-ci ildə isə 12 nəfər uşağın dövlət uşaq müəssisəsinə düşməsinin qarşısı alınıb.mehriban-zeynalovaxzx
Görəsən, nə üçün valideynlər öz uşaqlarını uşaq evlərinə vermək istəyir..?
Sualla bağlı “Təmiz dünya” təşkilatının rəhbəri Mehriban Zeynalova qafqaznews.org-a bildirib ki, bəzi valideynlər öz övladlarını normal böyüdə bilmir: “ Ona görə də son vaxtlar uşaqlarını uşaq evlərinə vermək istəyən valideynlərin sayı artır. Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi anaların müdafiəsi ilə bağlı konkret addımlar atmasa, öz övladlarından imtina edən anaların sayı artacaq”. 063
Mövzu ilə bağlı “Ümid yeri” İB-nin rəhbəri Nigar Mənsimli isə qafqaznews.org-a bildirdi ki, analar bizə tez-tez müraciət edir ki, uşaqlarını bizim sığınacaqlara yerləşdirsinlər: “ Onlar söz verir ki, imkanları olan kimi uşaqlarını geri götürəcəklər. Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi isə bir çox rayon mərkəzlərində “Gün ərzində” mərkəzi açıb. Bu mərkəzlər artıq 3 ildir fəaliyyət göstərir. Kasıb ailələr öz uşaqlarını bu mərkəzlərə verirlər. Uşaqlar bu mərkəzlərdə qidalanır və təhsil alırlar. Axşamlar isə valideynlər uşaqlarını özləri evə aparırlar. Ancaq təəssüf ki, belə mərkəzlər əyalətlərdədir. Əgər Azərbaycanın hər yerində və Bakıda belə mərkəzlər fəaliyyət göstərsəydi, xeyli valideyn öz uşağından imtina edərdi”.

Rəşad Rüstəmov

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR