Messi birinci oldu

11O, Buffonu və Ronaldonu geridə qoyub.

“Barselona”nın hücumçusu, argentinalı Lionel Messi Globe Soccer Awards mükafatı alaraq Avropanın Futbol Klubları Assosiasiyasının versiyası üzrə 2015-ci ilin ən yaxşı futbolçusu seçilib.

Oxu.Az xəbər verir ki, mükafatlandırma mərasimi 27 dekabrda Birləşmiş Ərəb Əmirliklərində keçirilib.

Belə ki, Messi “Juventus”un qapıçısı Buffon və “Real Madrid”in hücumçusu Kriştiano Ronaldonu üstələyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR