Qafqazda analoqu olmayan körpü – Salyanda (VİDEO – FOTO)

скачанные файлыUzunluğu 363, eni 30 metrdir.

Ələt-Astara magistral yolunun yenidən tikilməsi ilə bağlı Salyan rayonunda Kür çayı üzərində Qafqazda analoqu olmayan körpünün tikintisi başa çatıb.

Layihə çərçivəsində tikinti işləri Ələt-Astara magistral yolunun 54-56-cı kilometrliyində 1400 metrlik ərazidə aparılıb. 5 aşırımdan ibarət olan yeni körpünün uzunluğu 362,9 metr, eni isə 29,8 metrdir. Suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilən körpü hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağından ibarətdir. Piyadaların körpüdən təhlükəsiz keçməsi üçün hər iki tərəfində 1,3 metr enində səkilər qurulub. Bundan başqa tikinti aparılan zaman 1 ədəd düzbucaqlı su keçidi, 1 təsərrüfat keçidi, 1 alt keçidi də inşa edilib. Asma hissəsi 150 metr olan körpünün eninin böyüklüyünə görə Azərbaycanda ilk dəfə olaraq eninə gərginləşdirmə aparılmaqla konsollardan istifadə olunub.

Yeni çəkilən Ələt-Astara yolunun inşası başa çatdıqdan sonra əvvəlki yoldan fərqli olaraq məsafə bu körpüdən keçməklə təxminən 40 kilometr qısalacaq. Avtomobil yolu isə istismara verildikdən sonra sürücülər yeni körpüdən istifadə edə biləcəklər. (Region TV)скачанные файлы axar.az1450421244qafqazda analoqu olmayan körpü (3) axar.az1450421244Qafqazda analoqu olmayan körpü

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR