Maraqlıdır, bu puldan general Xanlar Zeynalova nəsə çatıb?

Безымянный copyƏdliyyə Nazirliyi Baş İcra idarəsindən yeni xəbər var, amma ürəkaçan deyil

Çox nadir hallarda olsa da, bəzən məhkəmə sisteminə müraciət edən aldadılmış şəxslər haqlı olduqlarını sübut edə, hakimlərdən dəstək ala bilir. Lakin Qafqaznews.az saytının da dəfələrlə yazdığı kimi, “qeyri-müəyyən” səbəblərdən, daha doğrusu, məhkəmə icraçılarının işi yubatması üzündən, zərərçəkənlər dələduzlardan öz pullarını ala bilmirlər.
Məlumat üçün bildirək ki, ötən ilin sonlarında Xanlar Zeynalov barədə və onun rəhbərlik etdiyi baş idarə, Sabunçu rayon icra şöbəsində buraxılan noqsanlar barədə yazı dərc etmişdik.
“Xanlar Zeynalov milyonluq fırıldaqlara maraq göstərir?” başlıqlı yazıda qeyd olunurdu ki, zərərçəkmiş Ələkbərova Səbinə Elçin qızı adlı vətəndaş Əliyev Zöhrab Zülfi oğlu tərəfindən aldadılıb və S.Ələkbərovanın 265 min manat məbləğində pulu mənimsənilib.
photo_50750Bu hadisə ilə bağlı Səbinə Ələkbərova Sabunçu rayon məhkəməsinə müraciət edib, məhkəmə isə 265 min manat məbləğində pulunun Əliyev Zöhrab Zülfi oğlundan alınıb ona ödənilməsi barədə qərar çıxarıb . Ancaq buna baxmayaraq, məhkəmə qərarının icrası uzun müddətdir Sabunçu rayon icra şöbəsinin məmuru Hakim Mirzəyev tərəfindən uzadılır. Belə ki, cavabdeh Əliyev Zöhrab Zülfi oğlundan 265 min manat məbləğində pulun alınıb Ələkbərova Səbinə Elcin qızına ödənilməsi haqda məhkəmə qərarının icrası heç cür təmin olunmur. “İcra haqqında” Azərbaycan Respublikasının qanunun müvafiq maddələrinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tələblərinin tədbiqinə əsas verir.12527736_1667933903466480_1656544928_n
Məqalədə o da qeyd olnmuşdu ki, zərərçəkmiş Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi Xanlar Zeynalova müraciət etməyə məcbur qalıb. Xanlar Zeynalov da vətəndaşın problemini həll etmir. Növbəti mərhələdə S.Ələkbərova ədliyyə naziri Fikrət Məmmədova müraciət edib, yenə də məsələ öz həllini tapmayıb. Sonradan zərərçəkmiş şəxs dövlət başçısı İlham Əliyev və respublikanın birinci xanımı Mehriban Əliyevaya da məktub yazıb, amma hər dəfəsində olduğu kimi, onun işi yenə də Hakim Mirzəyevə yönəldilib. Bu isə heç şübhəsiz onunla bağlıdır ki, Ədliyyə Nazirliyinin başbilənləri süründürməçi məmuru tənbeh etmək, ya da işi başqasına yönəltmək əvəzinə, eyni adamı və eyni əməlləri müdafiə edir, faktiki olaraq fırıldaqçıları himayə etməkdən çəkinmirlər. H.Mirzəyev isə öz adəti üzrə bu “icra prosesi”ni yubatmağa davam edir.
Yazı ictimaiyyətdə ciddi rezonans doğurduğu üçün, Sabunçu rayon icra şöbəsinin rəisi zərərçəkmiş Ələkbərova Səbinə Eıçin qızının 265 min manat pulunun qaytarılmasına kömək etməyə cəhd etdi. Hətta zərərçəkmişin vəkilinə söz də verdi ki, güya Əliyev Zöhrab  Zülfi oğlu icra şöbəsinə gətiriləcək, onun barəsində toplanan materiallar Ədliyyə Nazirliyinin istintaq idarəsinə veriləcək.
Ancaq sonradan yenə də kohnə qayda kimi, bu problemin həlli öz əksini tapmadı. Ancaq bizim apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, Zərərçəkmiş Ələkbərova Səbinə Elçin qızına qaytarılmalı 265 min manat məbləğində olan pulun 17 min manatı Əliyev Zöhrab Zülfi oğlu tərəfindən Sabunçu rayon icra şöbəsinin icra məmuru Hakim Mirzəyevə ödənilib.
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR