Reytinqi enən “Bank Respublika”dan şikayət – “…balans artıra bilmirəm”

1453530822_0001“Bank Respublikada dollar kartıma host ödənişini etmək üçün balans artıra bilmirəm”.

TİA.AZ xəbər verir ki, bunu Feysbuk istifadəçisi Anar Mustafayev yazıb.

Onun sözlərinə görə, kursa əsasən ödəniş edir: “Deyirəm dollar kartımın balansını artırı, cavabında deyirlər dollar ilə iş görmürük. Deyirlər gedin, dollar edin, sonra gəlin, balansınızı artırın. Bu dollar məsələsini də monopoliya etdilər indi? Mən nədən gedib orda-burda dollar axtarmalıyam?! 21-ci əsrə girmişik, amma əfsuslar xidmət sahəsi hələ də 19-cu əsrdədir”.

Qeyd edək ki, “Moody’s” beynəlxalq reytinq agentliyi “Bank Respublika” ASC-nin uzunmüddətli depozit reytinqi üzrə proqnozunu “Stabil”dən “Neqativ”ə endirib.

Bu barədə agentliyin hesabatında qeyd olunub.

“Proqnozun dəyişməsi hal-hazırda Azərbaycanda mövcud iqtisadi şəraitdə kredit portfelinin təzyiqə məruz qalmasını əks etdirir. Manatın dəyərdən düşməsi isə bankın aktivlərinin keyfiyyətinə və gəlirliliyinə mənfi təsir göstərir. “Bank Respublika” Mərkəzi Bankın göstərişinə əsasən xarici valyutada ola kreditləri aktiv şəkildə restrukturizasiya edir. Bank hecləşdirilməmiş dollar kreditlərinin milli valyuta kreditlərinə çevirməklə öz valyuta risklərini 2015-ci il dekabrın 1-ə 28%-ə endirib. Halbuki 2014-cü ilin sonunda bu rəqəm 44% təşkil edirdi”, – deyə hesabatda qeyd olunur.

Bundan başqa, analitiklər bankın problemli kreditlərinin həcminin artacağını gözləyir. Agentlik qeyd edir ki, dekabrda baş verən manatın devalvasiyasından sonra bankın kapitallaşma səviyyəsi 3% aşağı düşüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR