Ronaldo: “Messi mənə maaş verməlidir”

f7bcb8092136Portuqaliyalı ulduz “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldo əzəli rəqibi Lionel Messidən danışıb.

ANS PRESS-in məlumatına görə, futbolçu bildirib ki, “Barselona”nın hücumçusu argentinalı Messiyə olan münasibəti mənfi deyil.

“Messi ilə bizim aramızda həmişə yaxşı münasibətlər olub. Son illər biz daha da yaxın olmuşuq. “Qızıl Top” mərasimində səhnəyə çıxan zamanı Messi və Neymar ingilis dilində danışmırdılar. Mən onların tərçüməçisi idim. Sonra isə mən onlara dedim ki, xidmət etdiyim üçün mənə maaş verməlidirlər”, – Ronaldo belə deyib.
Neymar, Messi və Ronaldo

11 yanvarda İsveçrənin Sürix şəhərində keçirilən qala-gecədə ilin ən yaxşı futbolçusu Lionel Messi olub. Argentinalı futbolçu 5-ci dəfə “Qızıl Top”a sahib olub. O, 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən yaxşısı olub.
FİFA-nın “twitter” səhifəsi

Messi sorğuda Kriştianu Ronaldu və Neymarı (Braziliya, “Barselona”) qabaqlayıb. Ronaldo 3 dəfə (2008, 2013, 2014) mükafata sahib çıxıbsa, Neymar ilk dəfə namizəd olub.
Soldan birinci Ronaldo, Messi və həyat yoldaşı Antonella, Neymar

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR