Azərbaycanda avro və dollar ucuzlaşıb

img2002458Bu gün fevralın 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi fevralın 5-i ilə müqayisədə 0,0034 manat və ya 0,21% azalaraq 1,5819 səviyyəsində müəyyən olunub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  0,0139 manat və ya 0,78% zəifləyərək 1,7610 manata düşüb.
Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,97% azalaraq 0,0205 manat səviyyəsində müəyyənləşib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR