“Barselona” Neymarla müqaviləni yeniləyib

img1988372“Barselona” klubu ulduz futbolçusu Neymarla müqaviləni yeniləyib.
ANS PRESS-in məlumatına görə, braziliyalı 2021-ci ilə qədər Kataloniya təmsilçisində çıxış edəcək. “Barsa” əzəli rəqibi “Real”ın israrla transfer etməyə çalışdığı futbolçusu ilə 2018-ci ildə başa çatacaq müqaviləsini üç il artırıb.
Neymar yeni müqavilənin şərtlərinə görə, indi daha çox qazanacaq. İndiyədək həftədə 250 min funt-sterlinq (təxminən 547 min manat) alan futbolçu bundan sonra həftədə 500 min funt-sterlinq (təxminən 1 milyon 9 min manat) qazanacaq.
Qeyd edək ki, 2013-cü ildə “Barselona”ya transfer olunan 24 yaşlı Neymar meydana çıxdığı 125 qarşılaşmada 77 qol vurub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR