Diego Maradonanın həyat dəyərləri

235925“Mən heç vaxt öz həyat yoldaşıma xəyanət etməmişəm. Amma bu, baş versəydi belə, heç vaxt bunu etiraf etməzdim.”

Mənim adım – başqalarının sandığı qədər ağır yük deyil.

Anam elə bilir ki, mən ən yaxşıyam. Mən isə heç vaxt anama qarşı çıxmıram.

İlk dəfə narkotiklərdən istifadə edəndə, sən bir şeyi tez anlayırsan: bu tezliklə sənin hər gün mübarizə aparacağın şey olacaq. Onlar eyforiya yaradır – sanki sən indicə çempionatda qələbə qazanmısan. Bundan sonra sən artıq düşünürsən: sabah nə olacağının fərqi yoxdur, axı bu gün mən çempionam.

Narkotiklər məni ən vacib şeydən məhrum etdilər: qızlarımın böyüməyini görməkdən. Və mən bunu özümə heç vaxt bağışlamayacağam.

Mənim qanuni övladlarım – Dalma və Yaninadır. Qalanları – mənim pullarım və səhvlərimin məhsuludur.

Tanrı mənə yaxşı futbol oynamaq bacarığı verib. Buna görə də hər dəfə meydana çıxanda xaç çəkirəm. Mən elə gəlir ki, bunu etməsəm, onu məyus etmiş olacaq.

Mən öz qızlarımın kumiriyəm və bu mənə yetərlidir.

Əgər mənim qızlarımın adaxlıları onları heç olmazsa bir neçə dəfə ağlamağa məcbur eləsə, hər birinin başına bədbəxt hadisə gələ bilər.

Görəsən insanlar nə zaman anlayacaqlar ki,  Maradona sevinc istehsal edən maşın deyil.

Mən heç vaxt öz həyat yoldaşıma xəyanət etməmişəm. Amma bu, baş versəydi belə, heç vaxt bunu etiraf etməzdim.

Yaxşı ki, dünyada homoseksuallar var. Onlar bizə daha çox gözəl qadın saxlayır.

Kobud zarafat –  mən bununla qidalanıram.

Kimin daha yaxşı olduğu haqqında mübahisə etmək mənasızdır – mən ya Pele. Hər kəs özünü deyərdi.

Müalicə aldığım psixiatriya klinikasında biri özünü Napoleon, digəri – San Martin hesab edirdi. Mənim Maradona olduğuma isə heç kəs inanmırdı.

Futbol – həzz və sevinc oyunudur, burada oyunçular stress keçirməməlidirlər. Stress- həyatını iş masasının arxasında keçirənlər üçündür.

Bir zamanlar Fioritodakı evimdə o qədər dəlik var idi ki, yağış içəriyə çöldən daha çox yağırdı.

Tanrı yalnız özünə kömək edənlərə kömək edir.

Mən tez-tez özümü “Ququ quşu yuvasının üzərindən uçarkən”(film, 1975) filmindəki Cek Nikolson kimi hiss edirəm.

İnsanlar təsəvvürlərinə belə gətirmirlər ki, üçüncü dünyanın tozlu küçələrində yüzlərlə oğlan Beckham kimi futbol oynayır.

Mən xayalarıma kimi argentinalıyam. Öz ölkəmdə ölmək istəyirəm.

Kimlər ki, məni tənqid edir, gec və ya tez onlar öz sözlərini yeyəcəklər.

Mənim siyasətçilərdən mübahisəsiz üstünlüyüm ondadır ki, onlar ictimai adamlardır, mən isə məşhur insanam.

Oğrudan oğurlayan hər kəs bağışlanmağa layiqdir.

Topu çirklətməkdən qorxmayın. //pahoo.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR