“Eurovision”da səsvermə qaydaları dəyişdi

Eurovision-2016-nezamancikacak-comYeni format müsabiqəyə ajiotaj qatacaq.

Tezliklə, may ayında “Eurovision” mahnı müsabiqəsi start götürəcək.

Oxu.Az müsabiqənin saytına istinadən xəbər verir ki, 1975-ci ildən keçirilən müsabiqənin qaydalarına ən ciddi dəyişikliklər edilib.

Finalda səsvermə qaydaları radikal dəyişikliklərə uğrayıb.

İndiyə qədər münsiflər heyəti və hər bir ölkədən olan televiziya tamaşaçılarının müsabiqə iştirakçılarının çıxışına verdikləri səslər ümumi nəticə kimi göstərilirdisə, bundan sonra münsiflər və tamaşaçıların çıxışları ayrı-ayrılıqda qiymətləndiriləcək (1-dən 8-dək, habelə 10 və 12 bal).

Yeni qaydalara görə, tamaşaçılar telefon, SMS ilə və ya rəsmi proqram ilə səs verəcəklər. Bundan sonra iştirakçı ölkələrin hər biri peşəkar münsiflərin verdiyi qiymət açıqlanacaq.

Tamaşaçı səsverməsinin nəticələri hər mahnıya görə, bir qiymətin alınması üçün birləşdiriləcək. Bu nəticələri “Eurovision”un aparıcısı elan edəcək.

Müsabiqə təmsilçilərinin sözlərinə görə, bu dəyişikliklər tamaşaçılar arasında ən populyar olan mahnının münsiflərin qiymətindən asılı olmayaraq 12 xal qazanmasına imkan yaradacaq. Əvvəlki illərdə qalibin səsvermədən 20 dəqiqə öncə məlum olmasını, bu dəyişiklərin isə yarışmaya ajiotaj qatacağı bildirilib.

Xatırladaq ki, birinci yarımfinal mayın 10-da, ikincisi 12-də, final isə mayın 14-ə planlaşdırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR