FHN-in çin olmayan arzuları

House_060808Bakının doqquz mikrorayonundakı istismar müddəti bitmiş köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanır. Bu barədə sahibkarlarla görüşündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazirin sözlərinə görə, konsepsiyaya əsasən, bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur: “Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək”, deyə o qeyd edib (contact.az).
“Bakıda öz istismar müddətini başa vuran binalar təkcə doqquz mikrorayon ərazisində deyil”, – deyə Müstəqil Memarlar Assosasiyasının sədri Zemfira Budaqova qafqaznews.org saytına bildirib.
Daha sonra o qeyd edib ki, Bakı ərazisində yerləşən bütün beşmərtəbəli və doqquzmərtəbəli binaların yararlılıq müddəti başa çatıb.
“Çox ehtimal ki, onların hamısı sökülməli olacaq. Maraqlıdır, sökülən evlərin sakinlərini mənzillə necə təmin edəcəklər?”, – deyə Müstəqil Memarlar Assosasiyasının rəhbəri vurğulayıb.
Onun fikrincə, heç bir iş adamı FHN-in informasiyasında göstərilən şərtlərlə ev inşa etməyə razılaşmaz.
“Bu, sadəcə onlar üçün əlverişli deyil. Köhnə evlərin sakinlərini yeni binalardakı mənzillərlə ancaq dövlət hesabına təmin etmək olar”, – deyə Z.Budaqova əlavə edib.
R.Həsənoğlu

Qafqaznews.org

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR