Ölümə aparan 6 vərdiş

img2002367Elə pis adətlərimiz var ki, bizi ölümə tərəf sürükləyir. Bu adətlərdən altısı aşağıdakılardır:
1. 7 saatdan çox əyləşmək. Mütəxəssislər yaşı 45-dən çox olan 230 nəfərin üzərində apardıqları tədqiqatdan belə nəticəyə gəliblər ki, gün ərzində 7 saatdan çox əyləşənlər təqribən 6 il ömürlərini azaldırlar.
2. 8 saatdan çox yatmaq. O insanlar ki, gecəni 8 saatdan çox yatırlar, beyin insultu riskinə daha çox məruz qalırlar. Bu təhlükə qadınlar üçün daha çoxdur.
3. Hərəkətsiz olmaq. Saatlarla televizor qarşısında əyləşmək, gün ərzində yatmaq, kalorini yandırmamaq və hərəkətsiz olmaq ölüm riskini artırar. Bu cür insanlarda xərçəng, parkinson, qaraciyər xəstəlikləri riski daha çoxdur.
4. Alkoqol ölüm riski üçün birinci sırada durur. Alkoqol içmək bir çox xərçəng xəstəliklərinə yol açır.
5. Siqaret çəkmək. Tütün bir çox xərçəng xəstəliklərinin yaranmasına şərait yaradar. O cümlədən: ağciyər, öd yolu xərçəngi kimi.
6. Yağlı və şirin yeməklər. Çəkinin artıq olması, həddən artıq köklük tez ölümə səbəb olar. Ona görə də yağlı və şirin qidaların miqdarını tənzimləmək lazımdır ki, həddi aşmasın. Əgər qidanız yüngül olarsa, daha sağlam həyat tərzi sürə bilərsiniz.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR