Sergey Yeseninin dissident oğlu vəfat edib

90817937-e355-40ed-98ac-ed7265a12bcf_292 (1)Rusiyanın tanınmış şairi Sergey Yeseninin oğlu Aleksandr Yesenin-Volpin ABŞ-da dünyasını dəyişib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, 91 yaşlı şair, filosof, riyaziyyatçı olan Aleksandr Yesenin dissident olub. O, uzun illər SSRİ-də insan hüquqlarını qoruyan təşkilatın liderlərindən biri kimi tanınıb.

Qeyd edək ki, Aleksandr Yesenin-Volpin 1924-cü il mayın 12-də Sankt-Peterburqda doğulub. Onun anası şair-tərcüməçi Nadejda Volpin olub. 1949-cu ildə Aleksandr Yesenin-Volpini antisovet ruhunda yazdığı şeirlərinə görə psixiatriya xəstəxanasına salıblar. Daha sonra Kalininqradda sürgün həyatı yaşayan A.Yesenin-Volpin 1953-cü ildə bəraət alıb, amma 5 ildən sonra yenidən ruhi xəstəxanada yatıb.

Həyatı ruhi-əsəb xəstəxanalarında keçən Aleksandr Yesenin-Volpin 1972-ci ildə ABŞ-a mühacirət edib.

317e5949-aab8-4c1a-9d74-3a9b298206e7 e80b19ee-7091-4a57-8d7c-5ffe57b27546 fddc70d1-71f7-4ad8-b177-5f4b4c07a197

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR