Avropa qaçqınlar qarşısında aciz qalıb

img2040146“Balkan marşrutu”nun bağlanmasından sonra Avropaya gəlmək istəyən qaçqınlar alternativ yol tapıblar.
Avropa.info xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti yazır. Qəzetin məlumatına görə, yeni marşrut Antalya limanında yaxud Afinada başlayır. Bundan sonra balıqçı və ticarət gəmiləri ilə Aralıq dənizini keçərək İtaliyaya gəlirlər. Daşıma xidmətinin qiyməti 3 min avrodan 5 min avroyadək dəyişir.
Bəzi qaçqınlar isə Albaniyaya keçərək oradan İtaliyaya çatmağa cəhd edirlər. İtaliyadan isə avtomobil yolu ilə şimali Avropa ölkələrinə səyahət başlayır.
Digər alternativ marşrut isə Bolqarıstandan keçir. Buradan qaçqınlar Rumıniya və Serbiyaya düşməyə çalışırlar.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayından bu yana Avropaya 1 milyon 84 min qaçqın gəlib. Onların 1 milyon 48 mini qitəyə dəniz yolu ilə düşüblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR