Bakıda civəni 4 min manata satmaq istədilər

6Əməliyyat keçirilib.

Bakıda civə satan şəxs saxlanılıb.

Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  Bakı şəhər sakini Elxan Baxşıyev 1 kiloqram 297,94 qram zəhərləyici maddə olan metallik civəni 4000 manata satmaq istəyib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elxan Baxşıyev civəni 4000 manata satarkən tutulub.

Araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR