Ballı suyun faydaları

vgbfBallı su ən faydalı içkilərdən biridir

Saglamolun.az bildirir ki, ballı suyu səhər oyandıqdan dərhal sonra (acqarına) və axşam yatmazdan 30 dəqiqə əvvəl içmək lazımdır. 1 çay qaşığı bal 1 stəkan təmiz (qaynanmış deyil, dükanlarda butulkalarda satılan) ilıq (isti olmaz!) suya əlavə edin, qarışdırın və kiçik qurtumlarla için.
Ballı suyun faydaları:
– immun sistemini möhkəmləndirir, orqanizmin davamlılığını artırır
– sakitləşdirir, stresi, gərginliyi azaldır
– həzm sisteminə antiseptik, mikrob, göbələk, qurd əleyhinə təsir göstərir, mikrofloranı yaxşılaşdırır
– bağırsaqları təmizləyir
– qaraciyərin fəaliyyətinə müsbət təsir edir, qaraciyəri möhkəmləndirir
– bronxit, zökəm, soyuqdəymə zamanı yaxşı müalicəvi təsir edir
– orqanizmi toksinlərdən və şlaklardan təmizləyir
– qanın tərkibinə müsbət təsir göstərir
– maddələr mübadiləsi proseslərini yaxşılaşdırır
– beyinin fəaliyyətinə müsbət təsir edir
– böyrəkləri təmizləyir
– dərinin vəziyyətini yaxşılaşdırır.
Ən azı 1 ay ərzində gündə 2 dəfə ballı su qəbul edin. Bu sizin sağlamlığınıza çox müsbət təsir göstərəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR