Bu qəsəbəyə gedən avtobuslar yoxa çıxıb

avtobus_basabas_012Milli.Az xəbər verir ki, bu gün nahardan sonra, xüsusən 16-17 radələrində Zabrat-1 qəsəbəsinə marşrut avtobusları işləməyib.

Sərnişinlər deyirlər ki, 198 saylı marşrutda, onsuz da, cəmi 3 (ən çox olduğu vaxt) avtobus işləyir, bu gün əlavə olaraq həmin istiqamətdə işləyən 148 saylı avtobuslar da “yoxa çıxıb”. Əvəzinə ərazidə müştəriləri haraylayan taksi fəaliyyəti ilə məşğul olan avtomobillər bol olub.

Elə düşünmək olar ki, avtobus sürücüləri taksi sürücülərilə öz aralarında razılığa gəliblər ki, onların əvəzinə taksiçilər işləsinlər, sonra da avtobus sürücülərinə müəyyən haqq ödəsinlər.
Taksi sürücüləri isə adamın birini 1 manata aparır. Düzdür, 198 saylı marşrutun necə təpili getdiyini görəndə bu sövdələşməyə inanmaq çətindir, amma fakt budur ki, bu gün Zabrat avtobusları sərnişinləri elə “Koroğlu” stansiyasının yanında gözləyə-gözləyə qoyublar.

Problemin hansı səbəbdən qaynaqlandığına aydınlıq gətirməyə çalışacağıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR