Ədliyyə Nazirliyinin icraçısı 70 min manata “problem” həll edir? – ETİRAF (VİDEO)

Безымянный copyZöhrab Əliyev: “Bu məsələnin 2 il ərzində uzadılması üçün Hakim Mirzəyev və Fəzail İsmayılov məndən 45 min manata yaxın pul alıblar”

Hakim Mirzəyev: “O mənə pul təklif etsəydi, bu işi istintaqa verərdim?”

Fəzail İsmayılov: “Onun pulu var idi ki… mən ona dedim, vaxtaşırı 3-5 min ver, borcunu bağlayaq, eləmədi”

Ötən il dekabr ayında və bu ilin yanvar ayında Qafqaznews.az saytında Ədliyyə Nazirliyi Sabunçu Rayonu İcra Şöbəsinin məhkəmə icraçısı Hakim Mirzəyevin 265 min manatlıq borc məsələsindəki qeyri-müəyyən mövqeyi barədə yazılar dərc olunmuşdu.

Bildirilirdi ki, zərərçəkmiş Ələkbərova Səbinə Elçin qızı adlı vətəndaş Əliyev Zöhrab Zülfi oğlu tərəfindən aldadılıb və onun 265 min manat məbləğində pulu mənimsənilib.12822069_1686010824992121_1492323146_n

Bu hadisə ilə bağlı zərərçəkmiş Sabunçu rayon məhkəməsinə müraciət edib, məhkəmə isə 265 min manat məbləğində pulunun Əliyev Zöhrab Zülfi oğlundan alınıb ona ödənilməsi barədə qərar çıxarıb . Ancaq buna baxmayaraq, məhkəmə qərarının icrası uzun müddətdir Sabunçu rayon icra şöbəsinin məmuru Hakim Mirzəyev tərəfindən uzadılır. Belə ki, cavabdeh Əliyev Zöhrab Zülfi oğlundan 265 min manat məbləğində pulun alınıb zərərçəkmişə ödənilməsi haqda məhkəmə qərarının icrası heç cür təmin olunmur. “İcra haqqında” Azərbaycan Respublikasının qanunun müvafiq maddələrinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tələblərinin tədbiqinə əsas verir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, icra tələbi üzrsüz səbəbdən icra edilmirsə, icra məcburi qaydada təmin edilməlidir.

Zərərçəkmiş dəfələrlə müxtəlif instansiyalara müraciət etsə də, bu işin icrası yenə də Hakim Mirzəyevə yönəldilib və iki il ərzində ona çatmalı olan vəsait Z.Əliyevdən alınaraq zərərçəkmişə verilməyib”.

Bir müddət əvvəl bu istiqamətdə araşdırmaya başlamış, Z.Əliyev tərəfindən bu məsələnin yubadılması üçün H.Mirzəyevə 17 min manat verilməsi barədə məlumat əldə etmişdik.

Lakin bu günlərdə Z.Əliyev özü bizim redaksiyamıza gəlib və söhbət zamanı əslində özünün də aldadıldığını bildirib.

Onun sözlərinə görə, mətbuata bu cür məlumatların sızmasından sonra, vəkili Fəzail İsmayılov və icraçı H.Mi12788182_1686015794991624_562004985_nrzəyev ona təzyiqlər göstərməyə başlayıblar.

“Mən etiraz eləmirəm, zərərçəkmiş məsələni mətbuata çıxarıb – özüm demişəm necə bilirsən elə et… amma adım dələduz kimi hallanır, bu, mənə pis təsir edir. Mən inkar eləmirəm, borcluyam və borcumu verib qurtarmaq istəyirəm. 57 min manat ödəmişəm və qalan 208 mini də bir müddət ərzində ödəyib bitirmək, borcumu bağlamaq istəyirəm. Amma mənə vaxt qazanmaq lazım idi… Fəzail mənə dedi ki, belə bir variant var bu məsələni uzadacağıq. Bu müddətdə 45 min manata yaxın pulum çıxıb, mən vəkilə vermişəm, o da icraçıya. İndi də deyir ki, iş istintaqa gedir, 70 min manat gətirməlisən”, – deyə Z.Əliyev qeyd edib.

Z.Əliyev bildirib ki, H.Mirzəyev və F.İsmayılov onu indandırmağa çalışıblar ki, əgər 70 min mana12825113_1686010784992125_1198102528_nt versə, bundan sonra onun barəsində materialların Ədliyyə Nazirliyinin İstintaq idarəsinə gedəcəyi halda belə, ona ən pis halda şərti iş veriləcək.

Lakin Z.Əliyev artıq onlara inanmadığını və üzərindəki “dələduz” damğasından qurtulmaq üçün mətbuatdan kömək istədiyini bildirib.

Qeyd edək ki, Z.Əliyevin etirafları olan videogörüntüləri lazımi instansiyalara təqdim edə bilərik.

Adıkeçən icra məmuru Hakim Mirzəyevlə əlaqə saxladıq, o isə bu deyilənləri təkzib etdi: “O mənə pul təklif etsəydi… mən ondan pul alsaydım, iş istintaqa gedərdi? Onun dedikləri əsassızdır. Bəs onda işi niyə istintaqa təhvil verirdim? Görür ki, ya borcunu verməlidir, ya da həbsə gedəcək… Bu cür variantlar edir”.

“Bəs iki il ərzində12822069_1687641194829084_1339275415_n niyə barəsində tədbir görülmədi?” sualına isə H.Mirzəyev belə cavab verib: “Bu iki ildə az iş görülməyib. Əmlaka həbs, inzibati protokollaşdırma, icra prosesi vaxt aparır… Hazırda sənədləri hazırlamışıq, Xanlar Zeynalov imzalayandan sonra iş getməlidir istintaqa. 57600 manat verib, qalan borc isə qalıb. Mən istintaqın işinə necə təsir edə bilərəm ki? Bildiyimə görə, Fəzaillə də araları dəyib. Zöhrab Əliyev dəfələrlə xahiş etdi ki, işi istintaqa verməyim. Ona görə də, indi məndən qisas alır”.

Zöhrab Əliyevin keçmiş hüquq nümayəndəsi, vəkil Fəzail İsmayılov bildirdi ki, onun dedikləri böhtandır: “Onun pulu var idi ki… mən ona dedim, vaxtaşırı 3 min ver, 5 min ver, borcunu bağlayaq, eləmədi. Torpaq məsələsi var idi, sonra alınmadı, mən də gördüm bu adamla işləmək olmur. Ümumiyyətlə, hüquq firmamı bağlamışam. Gördüm bu cür dələduzlarla, cinayətkarla işləmək mümkün deyil. Onun dediklərinin heç bir əsası yoxdur. Yollarımız çoxdan ayrılıb”.

Xatırladaq ki, yalnız bizim yazılardan sonra, bu proseslər “ölü nöqtə”dən tərpənmiş oldu. Əgər icra orqanları zamanında daha sərt addımlar atsaydı, yəqin ki, Zöhrab Əliyev də bu cür ittihamlar səsləndirə bilməzdi…

Mövzu ilə bağlı əlavə fikir və iradları da dərc etməyə hazırıq. Araşdırmamız davam edir.

Tamerlan Zeynallı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR