Goranboy Baytarlıq İdarəsindən – Qanunsuzluq

20160301-112620linkGoranboy sakinləri rayondakı baytarlıq idarəsindən narazılıq edirlər.

VİZUAL.az-ın xəbərinə görə, idarənin əməkdaşları kəndlərdə xırda buynuzlu heyvanların qulaqlarını birkalayarır. Sonra kənd sakinlərinə bildirirlər ki, saxladıqları heyvana görə vergi verməlidirlər. İdarənin əməkdaşları kənd sakinlərindən saxladıqları heyvanlara görə vergi istəyirlər.

Kənd sakinləri adıçəkilən idarənin işçilərinin saxladıqları heyvanlara görə, onlardan vergi istəməsinin qanunsuz olduğunu bildirirlər. Qanuna görə, sakinlər heyvan saxladıqları üçün heç bir vergi verməməlidirlər. Sakinlər Dövlət Baytarlıq Xidmətinə və kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət edəcəyini açıqlayıb.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR