Əhali banklardan kredit almaqdan çəkinir

132449_res_01Son bir ildə Azərbaycanda kredit götürmək üçün banklara müraciət edənlərin sayı bir neçə dəfə azalıb.

Fins.a-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) hesabatında bildirilir.

Hesabata əsasən, 2016-cı ilin yanvar ayında banklar tərəfindən MKR-ə cəmi 64 338 sorğu göndərilib. Ötən ilin yanvarında isə belə müraciətlərin sayı 322 947 idi.

Xatırladaq ki, banklar MKR-ə sorğunu müştərilər barədə kredit məlumatlarını öyrənmək üçün göndərirlər. Yəni, bankların MRK-ə göndərdiyi sorğuların sayı, əslində kredit üçün banka müraicət edənlərin sayını göstərir. Başqa sözlə, ötən ilin yanvarı ilə müqayisədə kredit üçün müraciət edənlərin sayında 5 qat azalma var.

Qeyd edək ki, dekabr ayında kredii üçün müraciətlər 154 minə yaxın idi. Bu mənada yanvar ayında kredit müraciətləri dekabr ayına nisbətən 2 dəfə azalıb.

Aylar Banklar tərəfindən MKR-ə göndərilən sorğular
Yanvar (2015) 322 947
Fevral 289 782
Mart 192 590
Aprel 196 763
May 233 754
İyun 228 617
İyul 252 143
Avqust 265 361
Sentyabr 231 862
Oktyabr 228 435
Noyabr 194 859
Dekabr 153 916
Yanvar (2016) 64 338

MRK-in məlumatlarına görə, yanvar ayı ərzində ilk dəfə kredit alan müştərilərin sayı son illər ərzində ən aşağı həddə düşüb. Belə ki, yanvar ayında cəmi 5074 nəfər fiziki şəxs kredit alıb. Bu göstərici əvvəlki aylarla müayisədə dəfələrlə aşağıdır. Müqayisə üçün bildirək ki, ötən ilin yanvarında kredit alanların sayı 25 min nəfərdən artıq idi. Son aylar – noyabr-deyabrda kredit alanların sayı əvvəlki aylara nisbətən az olsa da, yenə də, 12-13 min ətrafında dəyişirdi. Yanvarda isə kredit alanların sayının 5 minə düşməsi kredit verilməsinə həm bankların, həm də müştərilərin ehtiyatla yanaşmasının səbəbidir.

Aylar Kredit

götürən

yeni müştərilər

Yanvar(2015) 25 389
Fevral 24 359
Mart 22 030
Aprel 24 588
May 20 222
İyun 21 263
İyul 15 191
Avqust 15 734
Sentyabr 16 907
Oktyabr 13 686
Noyabr 13 014
Dekabr 12 807
Yanvar (2016) 5 074

Kredit götürənlərlə yanaşı, zaminlərin də sayında kəskin azalma var. MKR-in  məlumatlarına görə, yanvar ayında kredit götürən müştərilərə zamin dayananların sayı cəmi 551 nəfər olub. Qeyd edək ki, zaminlərin sayı müxtəlif aylarda müxtəlif səviyyədə olub. Bəzi aylarda bu rəqəm 5-6 min, müxtəlif vaxtlarda isə 12-25 min arasında dəyşib. Yanvarda qeydə alınan göstərici isə bu sahədə son illər müşahidə edilən ən aşağı göstəricidir.

Yeni zaminlər
Yanvar (2015) 4 798
Fevral 6 019
Mart 19 852
Aprel 6 344
May 13 318
İyun 12 390
İyul 15 823
Avqust 1 618
Sentyabr 25 233
Oktyabr 10 802
Noyabr 10 077
Dekabr 10 948
Yanvar (2016) 551

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR