Rauf Məmmədov Türkiyədə otel açdı – Foto

1456816758Azərbaycanlı iş adamı Türkiyədə 5 ulduzlu otel açıb.

ANS-in məlumatına görə, Rauf Məmmədov adlı iş adamının oteli qonşu ölkənin turistik bölgəsi olan Kəmərdədir.
Otel əsasən mühafizəkar həyat tərzi ilə seçilənlərə və islam ölkələrindən olan turistlərə xidmət edəcək.

“Tac’ün Nisa Resort” Kəmərin ən böyük oteli adını qazanıb. 36 min kvadrat metr ərazidə qurulan otelin 7 min kvadrat metr ərazisi qadınlar üçün ayrılıb. Belə ki, onlar bu ərazidə rahat şəkildə tətil edə, dənizə girə biləcəklər.

 

İş adamı Türkiyəyə sərmayə qoymasından çox məmnun olduğunu deyib. “Türkiyədə böhran olması ilə bağlı deyilənlərə inanmıram. Qonşu ölkələrə baxanda, Türkiyə gül baxçasıdır. Bunu bizim kimi iş adamları kənardan daha yaxşı görür. İki müəssisə ilə danışıqlarımız davam edir. İnşallah, ən yaxın zamanda onları da öz şirkətimizə qatmak istəyirik”.

 

Bundan öncə də Rusiyada yaşayan azərbaycanlı milyonçu Telman İsmayılov – AST Telman Antaliyada dəbdəbəli otel açmışdı. Dünyanın ən lüks otellərindən hesab edilən “Mardan Palas”ın açılışı 2009-cu ildə baş tutmuşdu.

 

Azərbaycanlı milyarderin oteli “Mardan Palas” 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.
İş adamı oteli atasının şərəfinə adlandırmışdı.

 

Lakin ciddi maliyyə problemləri yaşayan iş adamı otelini itirib. Belə ki, ötən ilin payızında otel hərrac yolu ilə “Halk Bank”a satılıb.

axar.az14568167891 axar.az14568167892 axar.az14568167893

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR