Şəhidimiz Lənkəranda dəfn olundu – FOTO, VİDEO

img2040416Ötən gün cəbhənin Qazax bölgəsində düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun zabiti, 1992-ci il təvəllüdlü Qalib Laim oğlu Zülfüqarlı bu gün dəfn edilib. Şəhid olan leytenant bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri  iştirak ediblər.
Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.
Allah rəhmət eləsin!341b0155c804 0916d877b487

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR