Yol polisi qadın sürücüləri təbrik edib – FOTO – VİDEO

141835_srcBu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları qadın sürücüləri təbrik ediblər.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin (DYPİ) bölmə rəisi, polkovnik Vaqif Əsədov “Report”a bildirib ki, bu gün səhər saatlarından başlayaraq paytaxtın müxtəlif küçə və prospektlərində reydlər təşkil olunub: “Reydlər zamanı ümumilikdə 300-dən artıq qadın sürücü müxtəlif qayda pozuntularına görə saxlanılıb. Lakin həmin qadın sürücülərə inzibati protokol tərtib olunmayıb. Yol polisləri tərəfindən saxlanılan qadın sürücülərə müxtəlif hədiyyələr təqdim olunub”.

Qeyd edək ki, xanım sürücülərə verilən hədiyyələr arasında müxtəlif əşyalar, pulsuz yanacaq, avtoyuma, sığorta kartları, gül və başqa qiymətli hədiyyələr olub.

117162e4-8d32-49cd-88ee-727a83e0c98f_292 141836_src 141838_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR