12 uşaq doğub, hamısını paylayıb

img2053797Amerikada bir bağ evində yaşayan 45 yaşlı Horlock yeddi ay sonra dünyaya gətirəcəyi körpəsini qucağına almadan bir italyan cütlüyə verəcək
Amma bu, onun üçün çox adiləşmiş durumdur. İllərdir surroqat ana (daşıyıcı ana) kimi fəaliyyət göstərən qadın 12 körpəni də uşağı olmayan ailələrə verib. “Uşaqları ailələrə uzatdığım zaman onların üzündəki sevinci görmək hər şeyə dəyər” deyən Carole etdiyinin tək səbəbinin bu olduğunu açıqlayıb.
Ayrı-ayrı sevgililərindən 22 və 19 yaşlarında iki qızı olan Carole 1995-ci ildə bir çamaşırxanada işlədiyi vaxt daşıyıcı analığın nə demək olduğunu qəzetdən oxuyub. Sonsuz ailələrə görə ürəyi pis olan qadın həmin vaxt düşünüb ki, əgər doğmaq qabiliyyəti varsa, bundan insanlıq naminə istifadə etməlidir. Bu xidmətinə görə müəyyən miqdarda pul alan qadın bu işi pul üçün etmədiyini də dəfələrlə vurğulayıb.
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR