Avropa İttifaqının liderləri Türkiyəyə gedir

publika.az1461217083cb0474b5-c937-4d0c-8a0f-f1b0dda85210Aprelin 23-də Almaniya kansleri Angela Merkel, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans Türkiyəyə səfər edəcək.

Publika.az-ın xarici mediaya istinadən xəbər verir ki, bunu Angele Merkel Litva prezidenti Dalia Qribauskayte ilə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

Almaniya kansleri deyib ki, səfər çərçivəsində onlar Türkiyənin Qaziantep bölgəsində məskunlaşan miqrantlara da baş çəkəcəklər:

“Donald Tusk və Frans Timmermans ilə Türkiyəyə edəcəyimiz səfərin əsas məqsədi Türkiyə-Suriya sərhədində yerləşən Qaziantepdə çox sayda miqrantların məskunlaşdığı şəraiti yaxından görməkdir. Miqrantların həyat şərtlərinin yaxşılaşdırılması üçün Türkiyəyə 3 milyard avro vəsait ayrılıb. Ona görə də miqrant problemi təkcə Türkiyənin deyil, Avropanın problemidir. Miqrant problemi ilə bağlı Türkiyəyə bundan sonra da maliyyə yardımları ediləcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR