Azərbaycanda kredit kartlarının sayı kəskin azalıb

img2054251 (1)Azərbaycanda dövriyyədə olan kredit kartlarının ümumi sayı kəskin azalaraq cari il martın 1-nə 792 min ədəd təşkil edib.
Virtualaz.org Mərkəzi Bankın mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, bu, ilin əvvəlindən 218 min ədəd və ya 22%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 527 min ədəd və ya 40% azalma deməkdir.
Hesabata əsasən, martın 1-i vəziyyətinə dövriyyədə ümumilikdə 5387 min ədəd ödəniş kartı olub ki, bunun da 45%-i və ya 2423 mini sosial kart, 27,6%-i və ya 1486 min ədədi əmək haqqı kartlarıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR