Azərbaycanda mübadilə məntəqələri geri qaytarıla bilər

DSC_1606“Müvafiq təklif palataya təqdim edilib”.

Maliyyə Bazarlarına Nəzarət Palatası valyutadəyişmə məntəqələrinin işinin bərpa edilməsi məsələsinə baxacaq.

Qafqaznews.az xəbər verir ki, bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti, “Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, bu strukturun rəhbərləri ilə ABA üzvlərinin görüşündə müvafiq təklif palataya təqdim edilib.

Nuriyevin bildirib ki, digər təklif otellərə mübadilə məntəqəsi olmadan valyutanı dəyişmək imkanının verilməsi ilə əlaqədardır.

Amma banklar bazar və bayram günlərində işləmir, bu isə valyuta dəyişmək istəyənlər üçün əlavə çətinliklər yaradır. Əsasən, bu, turistlərə aiddir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR