Azərbaycanda qadınların 25%-i piylənmədən əziyyət çəkir

7fd7083320ce6222580f7591b101a09a“Artıq çəkidən əziyyət çəkən kişilərin sayına görə ölkəmiz 7-ci yeri tutur”.

Litva artıq çəkidən və piylənmədən əziyyət çəkən insanların sayına görə postsovet məkanı ölkələri arasında liderdir.

Oxu.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatı əsasında “Azadlıq” radiosu tərəfindən hazırlanmış infoqrafikada deyilir.

Beləliklə, Litvada kişilərin 23,7%-i və qadınların 26,7%-i artıq çəkiyə malikdirlər. Kişilər arasında ən “çəkililər”in üçlüyünə Latviya (22,2%) və Qazaxıstan (21,3%) düşüb. Qadınlar arasında isə ilk üçlüyə Rusiya (26,2%) və Azərbaycan (25,2%) daxildir.

Artıq çəkidən əziyyət çəkən kişilərin sayına görə Azərbaycan (17,8%) 7-ci yeri tutur.

Postsovet məkanı ölkələri sırasında ən “arıq” kişilər Özbəkistan, Qırğızıstan və Tacikistan, qadınlar arasında isə – Moldova, Qırğızıstan və Tacikistan yer alıb.

“Azadlıq” radiosunun məlumatına görə, dünyada 640 milyon adam artıq çəkidən əziyyət çəkir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR