Azərbaycanla sərhəddə dağıdıcı zəlzələ proqnozlaşdırılır

____1541_650x410Yerli hakimiyyətin zəif tikililəri gücləndirmək üçün vaxtı var

Dağıstanda 2106 və ya 2017-ci ildə 6,6 maqnitudalı dağıdıcı zəlzələ proqnozlaşdırılır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevqeni Roqojin bildirib.

“Şərqi Qafqaz üzrə proqnoz var. Bu Dağıstanın Azərbaycanla sərhəddə olan rayonudur – burada ya bu il, ya da gələn il güclü zəlzələ baş verə bilər. Biz 6-6,5 maqnitudalı zəlzələ proqnozladırırıq, bu təxminən 7-8 bal deməkdir”, – Roqojin deyib.

O, əlavə edib ki, Rusiya FHN-i artıq məlumatlandırılıb, yerli hakimiyyətin isə zəif tikililəri gücləndirmək və zəlzələyə davamlılığı artırmaq üçün vaxtı var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR