“Azərsu” iddialarında təkid edir

Qorxmaz-130214-1Fevralın 12-də Qafqaznews.az saytında ““Azərsu” rəhbərinin qohumu Xətai sakinlərini incidir” başlıqlı yazı dərc olunmuşdu. Həmin məqalədə bildirilirdi ki,Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən “KAT”MTK Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı Bəhruz Hüseynov Qafqaznews.az saytına müraciət edib. O qeyd edib ki, təmsil etdiyi “KAT” MTK 1998-ci ildə yuxarıda göstərilən ünvanda“şəhərcik” salıb və son binanın inşası 2006-cı ildə başa çatıb: “Bu şəhərcikdə 10 bina var. Həmin binaların su təchizatı problemi 1998-ci ildə tərəfimizdən həll olunub və sayğaclar quraşdırılıb.

Bu müddətdə mənzillərdən topladığımız kommunal xərcləri ilə əvvəl hər ay 580 manat, sonra 650 manat pul ödəmişik. 2012-ci ildən etibarən isə Xətai Su-Kanal İdarəsindən 1500 manat tələb etməyə başladılar”. O qeyd edib ki, 2013-2014-cü illərdə Xətai Su-Kanal İdarəsində Müştəri Xidməti Şöbəsinin rəisi olan Nicat Həşimova dəfələrlə müraciət etsələr də, hər zaman rədd cavabı ilə üzləşiblər: “Nicat müəllim dedi ki, bundan sonra hər ay 1500 manat verməlisiniz. Borunun diametrini bəhanə edib, daha çox pul istəyirdi. Kart sisteminə keçməklə bağlı isə Nicat Həşimovla danışmaq mümkün olmadı.

“Mən belə deyirəm”, “Qorxmaz Hüseynovun qohumuyam”, “Get kimə şikayət edirsən, et” kimi kobud ifadələrə yol verdi. Hər dəfə də bildirişləri müxtəlif adamlara qol çəkdirib bizə göndərirdi”.

B.Hüseynovun sözlərinə görə, hazırda “Azərsu” onlardan 40-45 min manata yaxın borc tələb edir.

“Daha sonra “Azərsu” bizdən aylıq ödəniş kimi 1500 manat tələb etməyə başladı. Hələ də bizə izah olunmayıb ki, bu tarif nəyə görə müəyyən edilib. 2015-ci ildə N.Həşimov öz vəzifəsindən azad edilib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, əgər “Azərsu” və “KAT” MTK arasındakı müqavilə ayda 1500 manat ödəniş nəzərdə tutursa, abonentlər bu məbləği ödəməli olacaq. “Əgər bu, müqavilədə yer almırsa, o zaman “Azərsu”nun bu addımları qanun pozuntusu və abonentləri aldatmaqdır”, – deyə Eyyub Hüseynov vurğulayıb. Biz müqaviləni diqqətlə nəzərdən keçirdik, lakin orda ayda 1500 manat ödəniş etməklə bağlı məqama rast gəlmədik.

Aprelin 12-də “KAT” MTK-nın rəhbərliyi bizə aprelin 1-də “Azərsu” ASC-nin göndərdiyi məktubun surətini təqdim edib. Məktubda “Azərsu” ASC “KAT” MTK-dan 47 min 216 manat 96 qəpik borc ödəməyi tələb edir. Əgər bu məbləğ müavilədə göstərilmirsə, “Azərsu” hanı əsasla bu pulu tələb edə bilər? “Müqavilədə suyun qiyməti heç vaxt göstərilmir. Hesablama istifadə olunan suyun həcminə və borunun diametrinə əsasən aparılır”, – deyə “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı kavkaznews.az saytına bildirib.publika.az1414592004anar-cebrayilli

“Kooperativ rəhbərliyinin fikrincə, 1500 manatlıq tələb tamamilə əsassızdır”, – deyə əməkdaşımız qeyd edib. “Əgər KAT Kooperativi bizim iddiaları əsassız sayırsa, özləri sayğac qoyub, “Azərsu”ya sayğacın göstəriciləri ödəniş ödəyə bilərlər”, – deyə Anar Cəbrayılov cavab verib.

“KAT” MTK-nın nümayəndəsi Bəhruz Hüseynov bildirib ki, onların kooperativindəki binalarda “Azərsu”nun qoyduğu sayğaclar da var: “Odur ki, “Azərsu” özü suya görə pul ala bilər. Amma bunun əvəzinə “Azərsu” bizə qarşı əsassız tələblər irəli sürür”.

Rəşad Rüstəmov

Kavkaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR