Banklar krediti niyə dayandırıb?-VİDEO

04598921Assosiasiya sədri manat kreditlərinin dayanmasındakı əsas səbəbin banklardakı milli valyutanın həddən artıq azalması ilə izah edir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarından sonra bankların bir qisminin  istehlak krediti verməməsi birmənalı qarşılanmadı.

Banklar Assosiasiyasının sədri Zakir Nuriyev “Xəzər Xəbər”ə müsahibəsində məsələyə aydınlıq gətirib.

Banklar Assosiasiyası kommersiya banklarının manatla istehlak krediti verilməsini dayandırmasına münasibət bildirib. Qurumun sədri Zakir Nuriyev bildirib ki, istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılması bankların bütün kredit verilişini dayandırması kimi başa düşülməməlidir.

Zakir Nuriyev istehlak kreditlərini məhdudlaşdırmaqda əsas məqsədin insanların kredit yükünü azaltmaq üçün edildiyini vurğulayır. Banklar Assosiasiyasının sədrinin fikrincə, hazırda kreditin istehlak kreditlərindən daha çox real sektora qoyulmasına  ehtiyac var.

Zakir Nuriyev bankların bir qisminin manatla istehlak kreditini dayandırmasının əsas səbəblərindən birinin sürətli dollarlaşmanın nəticəsi olduğunu deyir. Assosiasiya sədri manat kreditlərinin dayanmasındakı əsas səbəbin banklardakı milli valyutanın həddən artıq azalması ilə izah edir.

Bununla belə Zakir Nuriyev az da olsa hələ də manatla istehlak, eləcə də digər növ kredit verən bankların olduğuna diqqət çəkərək vətəndaşların həmin banklardan yararlana biləcəyini söyləyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR