“Barselona” və “Bavariya”ya evdə vurulan tək qol kömək edəcəkmi?

cempionlar_liqasiBu gün Çempionlar Liqasında 1/4 finalın daha iki qarşılaşması baş tutacaq.

Qafqaznews.az apasport.az-a isrinadən bildirir ki, İspaniyada və Portuqaliyada keçiriləcək iki oyunla son yarımfinalçıların kimliyinə aydınlıq gələcək.

Turnirin son qalibi “Barselona” öz meydanında 1 top fərqi ilə üstələdiyi digər ispan təmsilçisi “Atletiko” ilə səfərdə qarşılaşacaq. Primeronun son iki turunda məğlub olaraq madridlilərin fərqi 3 xala endirməsinə şərait yaradan Kataloniya klubu elə də yaxşı günlərini keçirmir. Bu isə “Atletiko”ya əlavə stimul verir. “Visente Kalderon”da 1 cavabsız qol “Atletiko”nu yarımfinala daşıya bilər. Ancaq son vaxtlar əla forma yığan Fernando Torresin ilk matçda qırmızı vərəqə alması Dieqo Simeonenin işini xeyli çətinləşdirir. Həmçinin, yarımmüdafiəçi Tiaqo da madridlilərə kömək edə bilməyəcək. “Barsa”nın da zədələliləri var. Belə ki, Ceremi Matyu, Tomas Vermalen, Rafinya və Aleyş Vidal bu qarşılaşmada forma geyinə bilməyəcək.

Turnirin sürpriz komandası “Benfika” “Bavariya”ya da şok yaşatmaq əzmindədi. Almaniyada 0:1 hesabı ilə yenilən portuqaliyalılar doğma azarkeşləri önündəki görüşə ümidli çıxacaqlar. Ancaq məşqçilər korpusu Jonas Qonçalves, Julio Sezar, Nuno Santos və Luizaonun xidmətindən məhrum olacaq. Çoxdandı Jerom Boatenq və Holqer Badştuberdən yararlana bilməyən “Bavariya”da isə Aryen Robbenlə Medhi Benatia da görüşü buraxa bilər. “Pivəçilər”lə son mövsümünü keçirən Pep Qvardiola Almaniyanı Çempionlar Liqasının qalibi kimi tərk etmək niyyətindədi. Ancaq komanda bunun üçün öncə “qartal”ı sıradan çıxarmalıdı.

Çempionlar Liqası

1/4 final cavab oyunları

13 aprel

22:45. “Atletiko” (İspaniya) – “Barselona” (İspaniya)

Hakimlər: Nikola Ritsoli, Elenito di Liberator, Mauro Tonolini, Canluka Kariolato

Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (hamısı İtaliya)

Madrid. “Visente Kalderon” stadionu

İlk oyun – 1:2

22:45. “Benfika” (Portuqaliya) – “Bavariya” (Almaniya)

Hakimlər: Byorn Kuypers, Sander van Rokel, Ervin Zeinstra, Mario Diks

Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (hamısı Hollandiya)

Lissabon. “Eştadiu da Luz” stadionu

İlk oyun – 0:1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR