Bu balaca körpənin köməyə ehtiyacı var – Foto

img1983611Əziz qardaş və bacılar köməyinizə ehtiyac var. Bu balaca balamı xilas etməkdə kömək olun.

Allah xatrinə Sizdən cox xahiş edirəm aşağıdakı elanı və şəkilləri də saytınızda yerləşdirin ki,insanlarda hər hansı bir şübhə qalmasın. Maddi köməyə cox ehtiyac var.
Etdiyiniz hər bir köməkliyə görə sizə təşəkkürümü bildirirəm. Allah sizdən razı olsun.

2 yaşlı Ayla Azayevaya Kəskin Leykoz L2 (qan xərçəngi) diaqnozu qoyulub.

27.04.2015 tarixindən uşaq Belarusiyada Uşaq Onkologiya Hematologiya və İmmunialogiya Mərkəzində müalicə olunur. Biz həm öz gücümüzə eləcədə dost tanış qohum əqrəba və hətta tanımadıgımız qəlbi şəfqətlə dolu insanların köməyi ilə övladımı Belarusiyaya müalicəyə apara bildik və bu 11 ay ərzində cox gözəl nəticələr əldə etmişik. Hal -hazırda əsas müalicə bitmişdir və xəstəxana xidmətləri üçün bütün məbləg xəstəxana hesabına köçürülmüşdür. Xəstəliyin Müalicəsi üçün Almaniya istehsalı olan dərmanlara cox ehtiyac var. İndi uşağa xəstəliyin geri qayıtmamsı üçün möhkəmləndirici kimiyalar və dərmanlar vurulur. Müalicə Allahın köməkliyi ilə 2017-ci ilin may ayında bitməlidir. Son 4 ayda baş verən iqtisadi böhran isə xərcləri daha da artırmışdı. Müalicənin sonuna kimi ancaq dərmanlar üçün 14.000$ maddi vəsait tələb olunur .Bundan başqa xarici ölkədə qalmaq, nəqliyyat və digər xərclər. Xəstəliyin ağır olduğundan hər dəqiqə uşaq üçün çox əhəmiyyəlidir. Aylanın hər kəsin köməyinə çox ehtiyacı var. 

Mümkün yardımı aşağıdakı bank hesabına köçürmə yolu ilə və ya nağd formada təqdim edə bilərsiniz. Aylaya bu mübarizədə qalib gəlməyə dəstək olaq.

Valideynin (atanın)- Fərhad Azayevin əlaqə nömrəsi -070 378 93 44

Online bank AZN hesabıyla da 4127 2222 3913 3028 kömək edə bilərsiz.
Əlavə məlumat lazımdırsa zəhmət olmasa mənə bildirin.

Əvvəlcədən təşəkkür edirəm,
Hömətlə, Fərhad Azayev

Qafqaznews.az

diaqnozz dollar hesabi metrika Online card Spravka

Ayla 1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR